• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Haitidə güclü zəlzələ - Ölənlər və xəsarət alanlar var

DÜNYA

25 Yanvar 2022 | 09:50

Haitidə güclü zəlzələ - Ölənlər və xəsarət alanlar var

Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli Juno-7 portalı xilasedicilərin bəyanatına istinadən xəbər verir.

Qeyd edilir ki, təbii hadisə zamanı iki nəfər ölüb. Zərbə nəticəsində 191 bina dağılıb, 664 binaya ciddi ziyan dəyib, 800-dən çox ailə evsiz qalıb.

Bazar ertəsi səhər Haitinin cənubunda, təxminən 35 min nəfər əhalisi olan Ans-a-Vo kommunasından 3 km kənarda 5,3 bal gücündə zəlzələ baş verib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Sonra təxminən 30 min nəfər əhalisi olan Ptit-Rivyer-de-Nipp yaşayış məntəqəsindən 4 km kənarda 5,1 bal gücündə ikinci zəlzələ baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR