• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

CƏMİYYƏT

07 Avqust 2024 | 08:53 | Müəllif: Qalib İbrahimoğlu

Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Bakıvaxtı.az bu barədə nazirliyə istinadla xəbər verir.

Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

    Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026