• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ 

CƏMİYYƏT

04 Noyabr 2024 | 18:29 | Müəllif: Subhan Mahmudov

Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdaş, Zaqatala, Qax, Oğuz, Balakən, Şəki, Göyçay, Goranboy, Qobustan, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Zərdab, Xaçmaz, Şəmkir, Samux, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Neftçala, Hacıqabulda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026