• Bakı 31° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

04 Aprel 2021 | 12:04

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.  Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi  gözlənilir. Bəzi yerlərdə duman olacaq.  Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə  5-10 dərəcə, gündüz  17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti,   yüksək dağlıq ərazilərdə  0-4 dərəcə şaxta, gündüz  7-12 dərəcə, bəzi yerlərdə 15-20 dərəcə isti olacaq.


SON XƏBƏRLƏR

18 Iyul 2025