• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Həlak olanlar “Cümə məscidi”ndə də anıldı - FOTO

CƏMİYYƏT

26 Dekabr 2024 | 13:23

Həlak olanlar “Cümə məscidi”ndə də anıldı - FOTO

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qəza nəticəsində həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən İçərişəhər “Cümə məscidi”ndə anılıb.

Bakıvaxtı.az xəər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri Hacı Surxay Məmmədli bildirib ki, Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri hamını dərindən sarsıdıb.

“QMİ-i sədrinin göstərişinə əsasən, İçərişəhər “Cümə” məscidində təyyarə qəzasında həlak olanların ruhlarına Qurani-Kərimdən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik. Uca Allah xalqımızı bütün bəlalardan qorusun!”, - o bildirib.


Həlak olanlar “Cümə məscidi”ndə də anıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026