• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

HƏMAS Qəzzada xəstəxananın atəşə tutulmasında ABŞ-ı ittiham etdi

DÜNYA

18 Oktyabr 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

HƏMAS Qəzzada xəstəxananın atəşə tutulmasında ABŞ-ı ittiham etdi

İslami Müqavimət Hərəkatı ( Həmas ) ABŞ- ı İsraili himayə etməkdə ittiham edib və  Qəzza zolağında xəstəxanaya endirilən zərbəyə görə Vaşinqtonun məsuliyyət daşıdığını deyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.

“Bu qətllər eyni yerdə xəstəxanaya, məscidə və kilsəyə hücum edən düşmən tərəfindən həyata keçirilir. Bu düşmənə sərhədsiz pərdə verən amerikalılar bu qırğınları törədirlər. Bu hərbi cinayətlərə, bu soyqırıma görə məsuliyyət onları Təhlükəsizlik Şurasında ört-basdır edən və bu işğalı və bu təcavüzü pisləməkdən imtina edənlərin üzərinə düşür”, - HƏMAS rəhbərliyinin bəyanatında deyilir.

Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi xəstəxanaya edilən hücumda 500 nəfərin öldüyünü bildirmişdi .

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026