• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərəkətə keçməsək, nəticələr daha ağır olacaq - Ərdoğandan xəbərdarlıq

DÜNYA

11 Dekabr 2023 | 22:30 | Müəllif: Subhan Mahmudov

Hərəkətə keçməsək, nəticələr daha ağır olacaq - Ərdoğandan xəbərdarlıq

Dünyada su mənbələri sürətlə azalır.

Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var.

"Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur. İqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır. Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb", - deyə o, əlavə edib.

Türkiyə lideri qeyd edib ki, dünyanın nizamı pozulur:

"Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir"./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR