• Bakı 18° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

Hərracdan alınan çemodanlardan doğranmış insan cəsədləri çıxdı

DÜNYA

17 Avqust 2022 | 17:57

Hərracdan alınan çemodanlardan doğranmış insan cəsədləri çıxdı

Yeni Zelandiyalı ailə hərrac yolu ilə sahibsiz konteyner alıb.

Konteynerdə digər əşyalarla yanaşı içərisində doğranmış insan cəsədləri olan çemodanlar tapılıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hərracda əvvəlcədən satışa çıxarılan konteynerlərin içərisinə baxmağa icazə verilmir.

Bu səbəbdən də dəhşətli tapıntı yalnız konteynerin alıcının ünvanına gətirilməsindən sonra üzə çıxıb.

Qorxuya düşən yeni zelandiyalılar zəng edərək tapıntı barədə polisə məlumat veriblər. Şahidlərin dediyinə görə, hadisə yerinə üç cənazə maşını gəlib və parçalanmış cəsədləri götürüb.

Qonşuların dediyinə görə, meyitlərin qoxusu ətrafı bürüyüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olanların şəxsiyyətinin müəyyən edilməsi ilə məşğuldur. Çamadanlarda tapılan qurbanların dəqiq sayını hələlik öyrənmək mümkün olmayıb.


SON XƏBƏRLƏR

24 Sentyabr 2022