• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Həyat qurtaran “Həyati”

MƏDƏNİYYƏT

02 May 2023 | 13:21 | Müəllif: Qalib İbrahimoğlu

Həyat qurtaran “Həyati”

 ... Musiqiçinin anası həyatda qalmaq üçün mücadilə verir. Doğma insanı bu ağır xəstəlikdən xilas etmək üçün pulu necə tapmalı?

Kiçik yaşlarından könül verdiyi, onun hesabına məşhurlaşdığı sazı satmaqdan başqa çıxış yolu yoxdur. Sazı almağa gələndən xahiş edərək sonuncu dəfə “Həyati” rəqs havasını çalır...

Onun ifasının sədalarını eşidən və bu çalğıya vurulan xeyirxah bir insan öz maddi köməyini təklif edir, musiqiçinin anasının müalicə xərclərini öz üzərinə götürür. Ana da,  saz da xilas olur!”

Bakıvaxtı.az xəbər verir kİ. bütün bunlar gənc və istedadlı saz ifaçısı Röyal Kürdoğlunun ilk klipinin süjet xəttindədir. Dünən paytaxtın istirahət mərkəzlərindən birində keçirilən təqdimat mərasimində çıxış edən klipin rejissoru Faiq Nağıyev bildirib ki, süjet xətti təsadüfən seçilməyib: “Röyal Kürdoğlu çox istedadlı, öz yolu olan musiqiçidir. Onun ilk klipi üzərində çalışarkən xeyli müzakirə apardıqdan sonra bu süjetin üzərində dayandıq. İstədik ki, cəmiyyətə xeyirxahlıq, sənətə dəyər vermək mesajları ötürək. Onu da vurğulayım ki, klipdə səslənən “Həyati” rəqsini mərhum sənətkarımız Aslan İlyasov bəstələyib”.

Rejissor klipdə çəkilən aktyorlara təşəkkür edbi: “Dövlət Gənc Tamaşaçılar Teatrının peşəkar və tanınmış sənətçiləri bizə dəstək oldular. Rollarda Əməkdar artistlər Şəfəq Əliyeva və İlham Əsədov, gənc aktyorlar Xəyalə Meydanova və Ramil Məmmədov çəkiliblər. Peşəkar sənət adamları ilə birgə çalışmaq bizə xoş oldu”.

Təqdimat mərasimində çıxış edən müğənni Zahidə Günəş, gənc bəstəkar Arif Səlimov ilk klipini təqdim edən saz ifaçısı Röyal Kürdoğluna uğurlar arzulayıblar.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026