• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Qadınları müdafiə etməkdənsə, ancaq tikanlarını batırırsan"

MƏDƏNİYYƏT-ŞOU

31 May 2023 | 18:50

Qadınları müdafiə etməkdənsə, ancaq tikanlarını batırırsan

Müğənni Ayan Babakişiyeva ötən gün verilişində plastik əməliyyatlardan sonra açıq görüntülərin sosial şəbəkələrdə paylaşılmasını tənqid edən Rövşanə Ağasəfqızının sözlərinə reaksiya bildirib.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı İnstaqramda paylaşılan aparıcının "Qarşı-qarşıya" verilişində dediyi "İnstaqramı açırsan "popo", "sinə" görürsən, bildik də şişirtmisən. Bundan kişilərin də ürəyi bulanır. Mini geyinsəniz də, oranızı-buranızı açsanız da, kişilərə maraqlı olmayacaq" - sözlərinə bu şərhi yazıb:

"Anlamıram, bu xanıma nə lazımdır? Niyə qadınlarla düşmənlik edir? Bu qədər aqressiya, nifrət nəyə lazımdır? Öz həyatını yaşa, əzizim. Sən özün də qadınsan, bu sahədə qadınları müdafiə etməkdənsə, ancaq tikanlarını batırırsan. Bu da kənardan çox qəribə görünür. Hər kəsin öz bədəni, ruhu var. Kim necə istəyirsə, öz vücudu ilə hərəkət edir. Bundan sənə, mənə nə? Burax hər şeyi, rahat ol, əzizim. Yaşa, pozitiv ol, insanları sev. Ən birinci də ruhundakı kini burax getsin"./olay


SON XƏBƏRLƏR