• Bakı 25° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Əkiz hamiləlikdə bunlara diqqət edin - Ginekoloq AÇIQLADI

CƏMİYYƏT

10 Avqust 2023 | 10:47

Əkiz hamiləlikdə bunlara diqqət edin - Ginekoloq AÇIQLADI

Cütlüklərin ən böyük arzusu öz qanlarının bir parçası olan uşaqları dünyaya gətirmək və ailə bağlarını möhkəmləndirməkdir.

Bəzi insanlar hətta çoxuşaqlı ailələri sevdikləri üçün çoxlu uşaq sahibi olmaq istəyirlər və buna nail olmaq üçün əkiz və ya üçəmlərə hamilə qalmağı xəyal edirlər. Xüsusilə, eyni əkizlərin bir çox oxşar xüsusiyyətlərə sahib olması və bir-birinin surəti olması, onların insanlar tərəfindən çox xüsusi və fərqli görünməsinə səbəb olur. Bu da öz növbəsində əkiz hamiləliyə olan heyranlığın və istəyin artmasına səbəb olur. Bəs əkiz hamiləlikdə nələrə diqqət etmək lazımdır?

Ginekoloq Mələk Qafarlı Bakıvaxtı.az-a bildirib ki, əkiz hamiləlik kənardan maraqlı, şirin, bir güllə ilə iki quş vurmuş kimi görünməyinə baxmayaraq, əslində çox çətin və risklidir: "Çoxdöllü hamiləliklər ümumiyyətlə, tibbdə anormal hamiləlik hesab edilir. Çünki, bu zaman həm ana orqanizmi , həm də inkişaf edən döllər üçün risklər çoxdur".

Həkim qeyd edib ki, vaxtından qabaq doğuş, aşağıçəkili körpələrin dünyaya gəlməsi,döllərdə inkişaf geriliyinin olması, hamiləliyə bağlı şəkərli diabet və arterial təzyiq kimi durumlara sıx rast gəlinir. Eyni yumurta əkizlərində isə birisi daha çox qidalanıb digərini zədələyə bilər.

Eləcə də çoxdöllü hamiləlik gedişatı daha ağır və çətin olur- toksikoz əlamətləri daha şiddətli ola bilər, bir neçə dölün eyni anda hərəkət etməsi anaya diskomfort verir, daha kəskin anemiya yəni qanazlığı müşahidə edilə bilər",-deyə M.Qafarlı bildirib.

Bəs əkiz hamiləlik kimlərdə daha çox görülür: Ginekoloqun sözlərinə əsasən, burada genetik faktorlar əsas rol oynayır. Ana xəttində əgər əkiz hamiləlik varsa, uşaqların əkiz olma ehtimalı yüksək olur,daha öncə əkiz hamiləlik yaşamış xanımlarda təkrarlanma ehtimalı yüksəkdir. 35+ yaş üstü xanımlarda çoxdöllü hamiləliyə rast gəlmə şansı artır; "Bədən kütlə indeksi yüksək olan xanımlarda da əkiz hamiləlik daha sıx görülə bilər. Eləcə də son zamanlar sonsuzluq səbəbi ilə süni mayalanma və digər yardımçı reproduktiv texnologiyalara üz tutulur və buda çoxdöllü hamiləliklərin faizin artırır".

Həkim sonda əkiz uşaqlar dünyaya gətirəcək analara tövsiyələr verib: "Əvvəla, həkim müayinələrindən vaxtında keçsinlər. Tək dölə nisbətən əkiz hamiləlikdə daha çox həkimə görünmək və iki qat özlərinə daha diqqətli olmalıdırlar. Sağlam və aktiv həyat tərzi, düzgün qidalanma vəyuxu rejiminə diqqətli yanaşmaq mütləqdir".

Xəyalə Rza


SON XƏBƏRLƏR

01 Iyul 2025