• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sentyabrın ən uzun MAQNİT QASIRĞASI: Neçə gün ehtiyatlı olmalıyıq?

CƏMİYYƏT

08 Sentyabr 2023 | 22:17 | Müəllif: Subhan Mahmudov

Sentyabrın ən uzun MAQNİT QASIRĞASI: Neçə gün ehtiyatlı olmalıyıq?

Ekspertlər bu ayın ən uzun maqnit qasırğasının hazırda davam etdiyini bildiriblər.

Bakıvaxtı.az bildirir ki, sentyabrın 6-da bu payızın ilk güclü maqnit qasırğası qeydə alınıb. Onun amplitudası 5 bal idi.

Bundan qısa müddət sonra, sentyabrın 7-də daha az intensiv (3-4 bal), lakin bu ilin sentyabrında ən uzun olan maqnit qasırğası müəyyən edilib - o, yalnız sentyabrın 10-da başa çatacaq.

Bu günlərdə hava şəraitindən asılı olan insanlar qərar qəbul edərkən apatiya, narahatlıq, əsəbilik və qeyri-müəyyənlik hiss edə bilərlər. Bundan əlavə, qan laxtalanması, qan təzyiqinin artması, yuxunun pozulması və miqrenlərin artması riski var.

Maqnit qasırğaları zamanı fiziki fəaliyyətə və spirtli içkilərə vaxt ayırmamaq daha yaxşıdır. İstirahət etmək, stressdən qaçmaq, bol su içmək və ilıq bitki vannaları qəbul etmək yaxşıdır./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026