• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Hidayət Heydərov unikal nailiyyətini qoruyur

İDMAN

17 Sentyabr 2024 | 17:25

Hidayət Heydərov unikal nailiyyətini qoruyur

Olimpiya çempionu Hidayət Heydərov on mindən çox reytinq xalı həddini keçən yeganə cüdoçu olmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan olimpiya və dünya çempionu, həmçinin dördqat Avropa çempionunun hazırkı göstəriciləri 10004 xala bərabərdir.

Eyni zamanda, daha bir azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) topladığı xalların sayına görə ikinci yerdədir. Olimpiya və dünya çempionunun 8512 xalı var.

Qeyd edək ki, ilk üçlüyü gürcü idmançı Tato Qriqalaşvili (8335) qapayır. /İdman.biz


SON XƏBƏRLƏR

18 Sentyabr 2024