• Bakı 23° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Hindistanda atəşfəşanlıq istehsalı qadağan olunub

DÜNYA

10 Sentyabr 2024 | 11:36

Hindistanda atəşfəşanlıq istehsalı qadağan olunub

Hindistanın paytaxtı Yeni Dehlidə 2025-ci il yanvarın 1-dək atəşfəşanlıq istehsalı, satışı və istifadəsi qadağan edilib.

Bakıvaxtı.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai açıqlama verib. 

O, bildirib ki, dünyanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Hindistanda havanın çirklənməsinə nəzarət etmək üçün 2025-ci il yanvarın 1-dək hər cür atəşfəşanlıq qadağan olunub.

Rai qadağanın ciddi şəkildə həyata keçirilməsi üçün müvafiq bölmələrin birgə hərəkət edəcəyini açıqlayıb:

"Çirkliyə nəzarət etmək üçün hamımız birlikdə məsuliyyət daşımalıyıq. Əgər hər bir Dehli sakini ətraf mühitin qorunmasına çalışarsa, insanları təhlükədən xilas edə bilərik".

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Oktyabr 2024