• Bakı 25° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hindistanda ölənlərin sayı 53-ə yüksəlib

DÜNYA

04 Iyun 2024 | 09:45 | Müəllif: Gülşən Şərif

Hindistanda ölənlərin sayı 53-ə yüksəlib

Hindistanın Uttar Pradeş və Odişa ştatlarında isti hava səbəbindən ölənlərin sayı 53-ə çatıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, Hindistanda 2 həftədir davam edən anomal istilər hələ də can almaqdadır. 

Həyatını itirənlər arasında daha çox polislər, mühafizəçilər və təmizlik işçiləri var. 

Uttar Pradeş ştatının seçki məmuru Navdeep Rinva bildirib ki, ölən personalın ailələrinə 1,5 milyon rupi (18 min dollar) maddi təzminat veriləcək. 

Qeyd edək ki, Hindistan Meteorologiya Departamenti musson yağışlarının başlaması səbəbindən yaxın günlərdə temperaturun aşağı düşəcəyini bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026