Hindistan hökuməti ölkəyə keçmiş adı – Bharatı qaytarmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş “X” sosial şəbəkəsində yazıb.
“The Economic Times” qəzeti yazır ki, BJP Rajya Sabha millət vəkili Naresh Bansal “Hindistan” adının ölkə konstitusiyasından çıxarılmasını təklif edib. Deputat Hindistanın müstəmləkə köləliyini simvollaşdırdığını iddia edərək Konstitusiyadan çıxarılmasını tələb edib.
Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
Qeyd edək ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammiti keçiriləcək. Tədbirə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib.
Ay Tac

















