"Bu gün İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistanın iştirakı ilə beştərəfli görüşün keçirilməsi nəzərdə tutulurdu. Qranada Zirvəsi iki baxımdan Azərbaycan üçün önəmliydi".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Nazim Cəfərsoy bildirib.
O, qeyd edib ki, Qranada Zirvəzinsə Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı formatında keçirilməsi nəzərdə tutulan görüşü bir neçə məsələdə önəmliydi: "Birincisi, Avropa Birliyinin Brüsell formatını daha da inkişaf etdirilməsi və xüsusən bu təşkilatın özəyini təşkil edən Fransa və Almaniyanın prosesə daxil edilməsi baxımından önəmliydi. İkincisi, Fransanın Azərbaycana olan aqressiv mövqeyini yumuşaltmaq baxmından önəmliydi.
Son dövrlərdə Cənubi Qafqazda Ankaranın və Moskvanın fəallığı fonunda bir az geri qalan Avropa Birliyinin prosesə daxil edilməsi gözlənilirdi. Qranadada Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı, sülh müqaviləsinin imzalanması üçün müzakirələr nəzərdə tutulurdu. Avropa Birliyinin sülh prosesinə töhfəsi, iqtisadi və mədəni sahədə dəstəyi gözlənilirdi. Xüsusən Fransanın Azərbaycanın əleyhinə olan mövqeyi Qranada görüşünün baş tutmasına əngəl oldu".
Politoloq bildirib ki, Azərbaycan sülh prosesinə töhfə vermək üçün Türkiyəni müzakirə masasında olmasını istəyir: "Almaniya və Fransanın buna razı olmaması sülh prosesini ləngidir. Ermənistanın baş naziri Nikol Paşinyanın da Qranada görüşündə Zəngəzur dəhlizilə bağlı Rusiyanın təhlükəsizlik zəmanətini verməsilə bağlı etirazını ifadə etmək istəyirdi. Paşinyan Ermənistanla Rusiya arasında olan gərginliyi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan-Türkiyə-Rusiya münasibətlərinə transfer etmək istəyirdi. Azərbaycan isə bu müzakirənin olmasını istəmirdi. Məncə, bu məqam da Azəebaycanı Qranada görüşündən imtina etməsinə səbəb oldu".
Ramid İbrahimov
















