Hizbullah üzvləri Markaba və Hula yaşayış məntəqələri ərazisində Livanla sərhədi keçən iki İsrail Merkava tankına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hizbullahın Teleqram hesabında məlumat verilib.
"Əməliyyat zamanı əsgərlərimiz idarə olunan raketlərlə düşmən qüvvələrinin iki tankını vurub", - məlumatda bildirilib.
















