• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hotellə turizm şirkəti arasında PUL DAVASI 

CƏMİYYƏT

25 Yanvar 2023 | 16:04

Hotellə turizm şirkəti arasında PUL DAVASI

Azərbaycanda böyük otellər və restoranlar şəbəkəsinə malik “Resant Group” MMC məhkəməyə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, “Resant Group” MMC Bakı Kommersiya Məhkəməsində “Baku Tours Company” MMC-yə qarşı iddia qaldırıb.

Kommersiya mübahisəsinə Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalarla bağlıdır. 

Qeyd edək ki, “Resant Group”a “Ramada”, “İntercontinental”, “Sheki Palace”, “Mambo Beach”, “İstanbul Meyhane”, “Baku Voice Rooms”, “Harrison” və s. kimi bir çox hotel, restoran, çimərlik, gözəllik və spa mərkəzləri daxildir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026