• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İcra başçısı avtomobillə adam vurub? - RƏSMİ AÇIQLAMA

GÜNDƏM

25 Oktyabr 2021 | 09:55

İcra başçısı avtomobillə adam vurub? - RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub.

Məlumata görə, icra başçısı axşam saatlarında idarə etdiyi “Toyota Camry” markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsə aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətindən Bakıvaxtı.az-a bildirilib ki, belə bir yol nəqliyyat hadisəsi baş verməyib.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb: “Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.

Xatırladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O, ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026