• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb - Türkiyədə

DÜNYA

10 Iyul 2022 | 15:09

İki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb - Türkiyədə

Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir", - açıqlamada deyilir.

Nazirin sözlərinə görə, əsas pay "omikron" ştamının payına düşür.

Koca bununla bağlı 50 yaşdan yuxarı vətəndaşları koronavirusa qarşı yeni peyvənd qəbul etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026