Türkiyəli tarixçi və yazıçı Prof. İlber Ortaylı səhhəti ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Sosial şəbəkə hesabında bir müddətdir xəstəxanada müalicə aldığını bildirib.
"Əziz oxucularım və dinləyicilərim, yazın sonunda yorğunluq olur. Yorğunluğum qismən də mənim yığılmış qüsurlarım və tibbi səhlənkarlığımın nəticəsidir",-deyə o qeyd edib.
İ.Ortaylı qəbul etdiyi dərmanların bəzən onda sərt reaksiyalar verdiyini nəzərə çatdırıb.
Həmçinin o, bir müddət dincələcəyini deyib.
Mina Mikayılova