• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İlham Əliyev: Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir

SİYASƏT

03 Aprel 2024 | 18:58 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev: Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir

Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasının, qeyri-inklüziv xarakter daşımasının və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026