• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi - YENİLƏNİB

SİYASƏT

24 Aprel 2023 | 10:33

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.

Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026