• Bakı 21° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

İlham Əliyev Şarl Mişelin vasitəçiliyi dövrünü yüksək qiymətləndirib

SİYASƏT

11 Noyabr 2024 | 16:17

İlham Əliyev Şarl Mişelin vasitəçiliyi dövrünü yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Bakıda noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə bildirilib.

Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.

Dövlət başçısı vurğulayıb ki, məhz Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.


SON XƏBƏRLƏR