• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İlham Əliyev Vladimir Putin ilə Qarabağ məsələsini müzakirə edib

SİYASƏT

08 Aprel 2021 | 20:18

İlham Əliyev Vladimir Putin ilə Qarabağ məsələsini müzakirə edib

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Qarabağ ətrafında sabitləşməkdə olan vəziyyətin müzakirəsinin davam etdirilməsi təklif olunub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, həmçinin sosial-iqtisadi inkişaf və nəqliyyat kommunikasiyalarının bərpası kimi məsələlər nəzərdən keçirilib. Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan Rusiya-Ermənistan danışıqlarının nəticələri də nəzərə alınıb”, -deyə Kremldən yayılan məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026