• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan səfirliyi Latviya parlamentinin qərarını PİSLƏDİ

SİYASƏT

08 May 2021 | 00:30

Azərbaycan səfirliyi Latviya parlamentinin qərarını PİSLƏDİ

Azərbaycanın Latviyadakı Səfirliyi bu ölkənin parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını kəskin şəkildə pisləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, Səfirlikdən bildirilib: "Azərbaycan səfirliyi Birinci Dünya Müharibəsinin nəticələri ilə əlaqədar Latviya Seyminin qərəzli bəyanatını qəti şəkildə qınayır. Bu bəyanatda bu hadisələr qondarma "erməni soyqırımı" kimi göstərilir və eyni zamanda tarixi hadisələri siyasiləşdirmək üçün türklərin, azərbaycanlıların, kürdlərin, yəhudilərin və digər millətlərin faciələrinə göz yumulur".

Xatırladaq ki, daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi də sözügedən qərarı pisləyib: "Biz Latviyanın qondarma "soyqırım" barədə qərarını rədd edirik və tanımırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026