• Bakı 23° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

İlham Əliyevin təltif etdiyi general KİMDİR? 

GÜNDƏM

24 Iyul 2024 | 15:41

İlham Əliyevin təltif etdiyi general KİMDİR? 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyevı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Bakıvaxtı.az xəbər verir ki, Niyazi Hacıyev uzun illər Azərbaycanın təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutub.

O, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini təyin edilib. 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini vəzifəsinə gətirilib.

Niyazi Hacıyeva 2002-ci ildə general mayor, 2005-ci ildə general-leytenant hərbi rütbəsi verilib. 

General-leytenant hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışır.Modern.az


SON XƏBƏRLƏR

22 Iyun 2025