Trans-Adriatik qaz kəməri Balkan ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu istiqamətdə səylərinə görə Azərbaycana və Azərbaycan Prezidentinə təşəkkürümüzü çatdırırıq.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti İlir Meta bildirib.
Albaniya Prezidenti deyib ki, enerji təhlükəsizliyi hazırda çox aktualdır: “Biz sülh və təhlükəsizdiyin təmn olunması üçün üzərimizə öhdəliklər götürməliyik. Digər tərəfdən, vaksinlərin ədalətli bölüşdürülməsi diqqət mərkəzində olmalıdır”.
İlir Meta qeyd edib ki, böhranlardan dərs çıxarmalıyıq: “Nizami Gəncəvi demişkən, hər qaranlıq, bir buludlu gecənin işıqlı səhəri olur. Biz çətinliklərin öhdəsindən gələ bilərik”.
















