• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İlon Mask ilin adamı seçildi

DÜNYA

13 Dekabr 2021 | 22:31 | Müəllif: Subhan Mahmudov

İlon Mask ilin adamı seçildi

“Time” jurnalı dünyanın ən varlı insanı, "SpaceX" və "Tesla" avtomobil şirkətinin yaradıcısı İlon Maskı “2021-ci ilin adamı” elan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı İ.Maskın iyirmi ildir yaxın dostu, "Tesla" və "SpaceX" şirkətlərinin idarə heyətində çalışmış Antonio Qrasias bildirib: "O, ağır şəraitdə böyüyüb və xüsusilə ağıllı olub... İnsanların 99,9%-i belə vəziyyətlərin öhdəsindən gəlmir. Kiçik bir faiz bunu ciddi təzyiq altında mühüm qərarlar qəbul etmək bacarığı və insanlıq yolunu dəyişmək üçün sonsuz istək sayəsində edir".

"Tesla" avtomobil şirkəti elektrik avtomobil bazarının üçdə ikisinə nəzarət edir və 1 trilyon dollar dəyərində qiymətləndirilir. Məqalədə qeyd olunuи ki, sərvəti 250 milyard dollardan çox olan İ.Mask tarixin ən zəngin şəxsi hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026