• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmişlidə ağac kəsən şəxs məsuliyyətə cəlb edildi

CƏMİYYƏT

09 Yanvar 2024 | 21:02 | Müəllif: Subhan Mahmudov

İmişlidə ağac kəsən şəxs məsuliyyətə cəlb edildi

İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsərək yük avtomobili ilə daşıyan şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini R.Rəcəbov olduğu müəyyən edilib.

Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı qanunsuz olaraq kəsilmiş ağaclar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Təbiətə ziyan vuran R.Rəcəbov barəsində İXM-nin 252-ci maddəsinə əsasən protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR