• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

İnfeksionist: “Omicron” gənclər arasında daha sürətlə yayılır”

CƏMİYYƏT

02 Dekabr 2021 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

İnfeksionist: “Omicron” gənclər arasında daha sürətlə yayılır”

20-yə yaxın ölkə və regionda koronavirusun növbəti ştammı olan "omicron" müəyyən edilib.

Xarici mətbuatın məlumatına görə, son 24 saat ərzində İspaniya, Avstriya, Yaponiya və Fransanın xaricdə yerləşən Reunion adasında ilk "omicron" infeksiyası halları qeydə alınıb. Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, Çin (Honq-Konqda), İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika, İsveç və digər ölkələrdə də yeni ştammla yoluxma halları artıq müəyyən edilib.

Bəs “omicron” ştammının yoluxma riski koronavirusun mutasiyaya uğramış digər növlərindən nə qədər artıqdır? “Omicron” daha çox hansı yaş kateqoriyasını əhatə edir? İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, COVID-19-un bu növünün gənclər arasında yoluxması digərlərinə nisbətən daha sürətlidir. Onun sözlərinə görə, ümumiyyətlə, “omicron” bütün yaş qruplarında özünü göstərir, lakin gənclər arasında daha sürətlə yayılır.

“Xəstəliyin klinik gedişatındaağırlıqartıbmı və ya azalıbmı” sualına cavabında infeksionist qeyd edib ki, bunu demək hələ tezdir. Onun sözlərinə görə, bunun üçün bir neçə həftə gözləmək lazımdır ki, müşahidələr aparılsın və statistikalar tərtib olunsun: “Bunun əsasında nə qədər yüngülləşmə və ya ağırlaşma olduğu görüləcək”.

N.Əzimi bildirib ki, “omicron” özündə 80-ə yaxın mutasiya daşıyır: “Təkcə spayk proteinində 32 ədəd mutasiya var. Hansı ki, bu protein xəstəliyin əsas mexnizminə təsir edir. Qeyd edim ki, bu mutasiyalar “Delta” variantında 4 ədəd idi. Bu da özlüyündə xəstəliyin əlamətlərində və ağırlıq dərəcəsində dəyişikliklərin ola biləcəyini göstərir”.

Müsahibimizin dediyinə görə, xəstəliyi yenicə keçirmiş şəxs bu virusla qarşılaşdığıtəqdirdə yenidən xəstələnə bilər: “Hələ ki xəstəliklə bağlı müşahidələr aparılır və nəticələr bir neçə həftəyə bilinəcək. Vaksin şirkətləri artıq təkmilləşdirmə işlərinə başlayıblar”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026