• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İnflyasiya səviyyəsi hədəflənən həddən yüksəkdir

İQTİSADİYYAT

27 Iyul 2023 | 11:17 | Müəllif: Qalib İbrahimoğlu

İnflyasiya səviyyəsi hədəflənən həddən yüksəkdir

Məlum olduğu kimi, Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib.  Bankda bunu yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildiriblər.

Bakıvaxtı.az-ın məlumatına görə, Mərkəzi Bankın qərarını şərh edən deputat Vüqar Bayramov bildirib ki, inflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir. Onun spzlərinə görə, iyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır.

Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq. İdxal inflyasiyasının təsirləri azalsa da yenə də strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan illik inflyasiyanın iyunda 10.6% təşkil etməsi nə arxayınçılıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək.

"Uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur. Faiz dəhlizinin yuxarı və aşağı həddlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da, Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var", - deyə V.Bayramov qeyd edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026