• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngiltərədə ikiqat doza ilə bağlı araşdırmanın diqqətçəkən nəticələri

CƏMİYYƏT

03 Sentyabr 2021 | 14:03

İngiltərədə ikiqat doza ilə bağlı araşdırmanın diqqətçəkən nəticələri

Dünyada COVID-19-a qarşı vaksinasiya işləri sürətlə davam edərkən peyvənd edilənlər üçün İngiltərədən flaş xəbərdarlıq gəldi.

Bakıvaxtı.az xəbər verir ki, elm dünyasından gələn son xəbərlər peyvənd edilənlərlə yaxından əlaqəlidir.

İngiltərədə aparılan və təxminən 1 milyon insanın mikroskop altında olduğu araşdırma vasitəsilə çox maraqlı nəticələr əldə edilib.

Hürriyətdəki xəbərə görə, İngiltərədəki son araşdırmalara görə, heç bir simptom göstərmədən COVID-19 tutan tam vaksinli (ən az ikiqat doza) insanlarda virusun heç bir göstəricisinin olmaması ehtimalı vaksin olunmayanlarla müqayisədə iki qat çoxdur.

Bəs bu nə deməkdir? Araşdırmaya imza atan London Kral Kollecinin alimlərinə görə, tam vaksinləşmiş insanlar virusa yoluxduqlarını belə bilmədən ətraflarına keçirirlər.

Nəticələri açıqlayan komanda, həssas insanlarla təmasda olan (aşılanmamış və ya xroniki bir xəstəliyi olan) aşılanmış insanların mütəmadi olaraq testdən keçməli olduqlarını söyləyib.

Araşdırmalar peyvəndin faydalı olduğunu bir daha göstərdi. Komanda araşdırmaya qatılan 971.504 tam peyvəndlənmiş yetkinin yüzdə 0.2-dən azının, ikinci dozadan ən az bir həftə sonra COVID-19-a yoluxduğunu təsbit edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026