Son bir neçə il ərzində TikTok reytinqlərdə birinci yeri tutsa da Instagram hələ də məşhur sosial şəbəkələr siyahısında qalmaqda davam edir.
Bakıvaxtı.az technote.az-a istinadla xəbər verir ki, sözügedən fotoservisin sahibi olan Meta şirkəti daimi şəkildə onun üçün yeni funksiyaları istifadəyə verir. Bir neçə müddət bundan öncə Instagram-da Take a Break adlı funksiya istifadəyə verilmişdi. Sözügedən funksiya fotoservisdən həddindən çox istifadə edənlər üçün nəzərdə tutulub və nəticədə o, həmin istifadəçilərə fasilənin edilməsini xatırladır.
Yaxın zamanda isə Instagram-da paylaşımlar səhifəsinin redaktə etmək imkanı istifadəçilərə təqdim olunacaq. Çox güman ki, istifadəçilərin çoxu əvvəlki paylaşımlarını fərqli sıralamada görmək istəyirlər.
















