• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Tvitterin işində problem yarandı

MULTİMEDİA

11 Fevral 2022 | 22:32 | Müəllif: Subhan Mahmudov

Tvitterin işində problem yarandı

Dünyanın bir çox ölkələrində Tvitter sosial şəbəkəsinin işində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur internet servislərin fəaliyyətini araşdıran “Downdetector” xidməti məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və mobil tətbiqlərdə problemlər barədə məlumat verib, həmçinin qeyri-sabit server bağlantısından şikayətləniblər.

Nasazlıqlar əsasən ABŞ, Kanada və Yaponiyada müşahidə edilir. Bundan əlavə, Sinqapur və Malayziyada da sosial şəbəkədə az sayda problemlər müşahidə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR