• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"İnter" "Napoli"nin futbolçusuna "elçi düşdü"

 

CƏMİYYƏT

06 Fevral 2024 | 15:53

"İnter" "Napoli"nin futbolçusuna "elçi düşdü"

"İnter" "Napoli"nin futbolçusu Pyotr Zelinskini transfer etmək üçün hərəkətə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta bildirib. Klub artıq danışıqlar çərçivəsində "Napoli"nin prezidenti Aurelio De Laurentislə də əlaqə saxlayıb.

"İnter" rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin komandanı gücləndirəcəyinə inanır. Marrota bunu da qeyd edib ki, hazırda danışıqlar davam edir və Zelinskini heyətə qatmaq üçün maksimum çalışacaqlar.

Qeyd edək ki, Pyotr 2016-cı ildən "Napoli"də oynayır. O, komandanın heyətində 355 oyun keçirib, 50 qol vurub və 46 qolun ötürməsini verib. Yarımmüdafiəçinin "Napoli" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026