• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İnternat məktəbində nöqsanlar aşkarlanıb

CƏMİYYƏT

25 Noyabr 2025 | 17:42

İnternat məktəbində nöqsanlar aşkarlanıb

Bakının Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində nöqsanlar aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmə zamanı həkim ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi müəyyənləşib.

Bundan başqa, uşaqların istifadə etdiyi məişət əşyalarının yararlılıq vəziyyətinin qənaətbəxş olmadığı və tələblərə cavab vermədiyi müşahidə edilib.

Eyni zamanda, sözügedən məsələlərlə bağlı müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026