• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

İordaniya: "BMT TŞ-nın qərarından məmnunuq"

DÜNYA

11 Iyun 2024 | 13:39

İordaniya: BMT TŞ-nın qərarından məmnunuq

İordaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) ötən gün qəbul etdiyi Qəzzada atəşkəs yaradılması qərarını alqışlayıb.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Bildirilib ki, İordaniya BMT Təhlükəsizlik Şurasının hərtərəfli atəşkəs və məhbus mübadiləsi razılaşmasını dəstəkləyən, Qəzza zolağının bütün hissələrinə adekvat və davamlı humanitar yardımın çatdırılmasını təmin edən 2735 saylı qətnaməni qəbul etməsini alqışlayır.

"Qəzzada müharibənin dayandırılması, mülki şəxslərin müdafiəsi və Qəzzanın bütün bölgələrinə humanitar yardımların çatdırılması üçün beynəlxalq iradəni təmsil edən və qaydalara uyğun olan bu qərarın icrası vacibdir. İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılması və köçkün fələstinlilərin Qəzzanın şimalı da daxil olmaqla, evlərinə qayıtmasını ehtiva edən BMT Təhlükəsizlik Şurasının qərarı Əmman rəhbərliyi tərəfindən müsbət qarşılanıb". - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin elan etdiyi və birinci mərhələdə Qəzzada dərhal atəşkəsi nəzərdə tutan üç mərhələli təklifə dəstək tələb edən qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında qəbul edilib. Rusiyanın bitərəf qaldığı səsvermədə 15 üzvlü BMT TŞ-də ABŞ-nin təqdim etdiyi qətnaməyə 14 "hə" səsi verilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024