• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

İran 2 milyon immiqrantı deportasiya etməyə hazırlaşır

DÜNYA

17 Sentyabr 2024 | 14:34

İran 2 milyon immiqrantı deportasiya etməyə hazırlaşır

İran 2025-ci ilin mart ayına qədər ölkədən təxminən 2 milyon immiqrantın göndərilməsini planlaşdırır. 

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İran Polis Təşkilatının Baş Komandanı Əhməd Rıza Radan açıqlama verib.

O, ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı müvafiq qurumlarla birlikdə tədbirlər görməyə çalışdıqlarını bildirib.

"Bu ilin sonundan etibarən qeyri-qanuni yollarla ölkədə olan xeyli sayda icazəsiz xarici vətəndaşı deportasiya edəcəyik. Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana qeyri-qanuni mühacirlərin intensiv axını müşahidə olunur. İranda təxminən 5 milyon əfqan var və onların əksəriyyəti qeyri-qanuni mühacirdir. Qanunsuz immiqrantlar ölkəni tərk etməlidir", - deyə Radan qeyd edib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

18 Sentyabr 2024