İran sərhədçiləri ölkənin cənubunda ABŞ istehsalı olan 5 min ədəd soyuq silah daşıyan gəmini saxlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın sərhəd qoşunlarının komandanı Əhməd-Əli Qodarzi deyib.
"Buşəhr əyalətində 5 mindən çox ABŞ istehsalı bıçaq və xəncər daşıyan gəmi saxlanılıb", - o bildirib.
Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə gətirilən silahlar ölkədə iğtişaş törədən radikallar üçün nəzərdə tutulub./axar.az
















