• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran bu ölkəyə bütün uçuşları dayandırdı

DÜNYA

16 Fevral 2025 | 19:13 | Müəllif: Subhan Mahmudov

İran bu ölkəyə bütün uçuşları dayandırdı

Livan Tehrandan təhlükəsizlik səbəbi ilə ən azı fevralın 18-dək İran aviaşirkətlərinin Beyruta uçuşları dayandırmasını istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzani məlumat verib.

“İran və Livanın aviasiya orqanları arasında yazışmalar təhlükəsizlik baxımından Beyruta uçuşların fevralın 18-dək dayandırılması, eləcə də bütün beynəlxalq uçuşların ləğvi ilə bağlı Livanın tələbini əks etdirir. Hazırda Beyrut hava limanında vəziyyət mürəkkəb və gərgindir, lakin İran tərəfi buna nəzarət edir və fevralın 18-dək hər şeyin normallaşacağına ümid edir", - deyə Purfərzani bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR