• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İran-İsrail qarşıdurması: Bu, “siğə müharibəsi” idi...

SİYASƏT

16 Aprel 2024 | 12:24

İran-İsrail qarşıdurması: Bu, “siğə müharibəsi” idi...

“İran və İsrail arasında olan münaqişə, əslində, razılaşdırılmış bir ssenari idi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev İranın İsrailə hücumunu şərh edərkən deyib.

Politoloq bunu “siğə müharibəsi” adlandırıb:

“Bu münaqişə gecə başlayıb gecə bitdiyinə görə buna “siğə müharibəsi” demək olar. Bu, başqalarının tapşırığı ilə həyata keçirilən müvəqqəti tədbirdir. Burda heç bir müharibə olmayıb. İsrail də, İran da bir milyard ziyana düşdü. Burda maraqlı olan onların pul xərcləməkləri deyil, hər iki ölkəyə bölgədə yeni status qazandırmaq idi”.

Cümşüd Nuriyev: Bu ssenarinin qonşu dövlətlərə hər hansı təsiri olmayacaq

Müsahibimiz hesab edir ki, İsrail-İran qarşıdurmasının qonşu dövlətlərə heç bir təsiri olmayacaq. Onun sözlərinə görə, bilavasitə İranı gücləndirməyə çalışdılar ki, İranın əli ilə Ermənistana təzyiq eləsinlər:

“Çünki Ermənistan Rusiyadan yenə də qorxur, onların istədiyini tam yerinə yetirmir. Görünən odur ki, bu, bir oyundur və davam edir. Bu ssenarinin qonşu dövlətlərə hər hansı təsiri olmayacaq”.

Aytac Aslan


SON XƏBƏRLƏR

29 Aprel 2024