İsveçrədə keçirilən çoxtərəfli danışıqlarda iştirak edən İran nümayəndə heyəti görüşdən əvvəl ABŞ rəsmiləri ilə birgə fotoşəkil çkdirmək və əl sıxmaq təklifindən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, təşkilatçıların və ABŞ nümayəndə heyətinin dördtərəfli görüşdən əvvəl belə bir mərasim təşkil etmək cəhdinə baxmayaraq, İran təmsilçiləri prosesdə iştirak etməyəcəklərini bildiriblər. Nəticədə foto sessiya İran tərəfi olmadan baş tutub.
İranın xarici işlər naziri Abbas Əraqçi və nümayəndə heyəti təşkilatçılara ABŞ təmsilçiləri ilə eyni foto sessiyada iştirak etməyəcəklərini deyiblər. İran tərəfinin imtinasından sonra canlı yayım və fotoşəkil mərasimi nümayəndə heyəti olmadan baş tutub. İran rəsmiləri salona yalnız bu proses başa çatdıqdan sonra daxil olublar.
Bakı 



