• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran ŞƏT-ə üzv oldu

DÜNYA

15 Sentyabr 2022 | 12:25

İran ŞƏT-ə üzv oldu

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb.

Anlaşma Memorandumunu Səmərqənddə İran Xarici İşlər Nazirliyinin rəhbəri və təşkilatın Baş katibi imzalayıblar.

ŞƏT-in Baş katibi Çjan Min bunun həm İran, həm də təşkilat üçün mühüm hadisə olduğunu deyib: “İranın Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri sırasına daxil olması təşkilatı gücləndirəcək”.

Sammitdə ŞƏT-ə üzv dövlətlərin, müşahidəçi ölkələrin dövlət başçıları və dəvət olunmuş prezidentlər iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026