"İranın hərbi müşavirləri Suriyada olmağa davam edəcək və terrorçularla mübarizədə Dəməşqə kömək edəcəklər".
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
O, mətbuat konfrasında çıxışı zamanı Suriya hökumətinin istəklərinə diqqət göstəriləcəyini vurğulayıb:
"Suriya xalqının terror təhlükəsi ilə üzləşdiyi vaxtdan biz Suriya hökumətinin dəvəti ilə oradayıq. Hələbdəki terror aktı zamanı - 28 noyabrda dünyasını dəyişən iranlı müşavirlərin iştirakı yeni bir şey deyil və Suriya hökumətinin istəkləri nəzərə alınmaqla davam edəcək".
Gülşən Şərif