• Bakı 27° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

İran Trampla nəyi müzakirə edib? - SİRR PƏRDƏSİ ÇƏKİLDİ

DÜNYA

11 Iyun 2026 | 08:51

İran Trampla nəyi müzakirə edib? - SİRR PƏRDƏSİ ÇƏKİLDİ

 

“İranın yüksək vəzifəli rəsmiləri  ABş prezidenti Donald Trampdan İrana  qarşı hücumları dayandırmasını  istəyiblər” .

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadla xəbər verir ki, bu barədə “Fox News”un əməkdaşı Trey Yingst bildirib. O qeyd edib:

“Telefonla danışdığımız zaman Prezident Tramp mənə dedi ki, İran bu gecə ona zəng edib, bombardmanı dayandırmasını istəyib”.

Jurnalist vurğulayıb ki, Amerika prezidenti, həmçinin bombardmanların tezliklə dayandırılacağına əminlik ifadə edib.

Qeyd edək ki, rəsmi Tehran D.Trampla telefon danışığını təkzib edib: “Trampın İran rəsmilərinin onunla əlaqə saxladığına dair iddiaları qəti şəkildə rədd edilir və sadəcə müharibədən yayınmaq üçün bir bəhanədir”.

Məlumat üçün bildirək ki, Yaxın Şərq Hərbi Komandanlığının məlumatına görə, ABŞ ordusu İrandakı bir neçə hədəfə qarşı özünümüdafiə məqsədilə yeni zərbələr endirib.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026