• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda daha bir qəzetə qarşı cinayət işi açıldı

DÜNYA

11 Iyun 2024 | 19:20 | Müəllif: Gülşən Şərif

İranda daha bir qəzetə qarşı cinayət işi açıldı

Tehran prokurorluğu İranın məşhur tənqidçi media qurumlarından olan “Həm çihən” qəzetinə qarşı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin “Mizan” saytı məlumat yayıb.

Bildirilib ki, cinayət işi qəzetin sosial media hesabında “sual doğuran materialın paylaşılması”na görə açılıb.

Bununla yanaşı, qəzetin baş redaktoru Qulamhüseyn Kərbasçı da cinayət məsuliyyətinə cəlb olunub.

Prokurorluğun məlumatında qəzetin hansı materialının cinayət işinin açılmasına səbəb olduğu barədə açıqlama verilməyib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026