• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda güneyli etirazçı gənc dar ağacından asıldı - VİDEO

DÜNYA

23 Yanvar 2024 | 18:55 | Müəllif: Subhan Mahmudov

İranda güneyli etirazçı gənc dar ağacından asıldı - VİDEO

İranda 2022-ci ildə keçirilən ümumxalq etirazlarında həbs olunan güneyli gənc etirazçı Məhəmməd Qubadlı Kərəcin Qızılhisar zindanında edam edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

"Qadın, həyat, azadlıq" şüarı altında etirazlara qatıldığına görə tutulan 22 yaşlı Məhəmməd Qubadlı "müharibə" (dini hökumətə qarşı üsyan qaldırmaq) və "fəsad törətmək" ittihamları ilə dar ağacından asılıb.

Paylaşılan videoya əsasən, Məhəmməd Qubadlının ailə üzvləri onun edam xəbərini həbsxananın qarşısında öyrəniblər.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026