• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İranda kömür mədəni partlayıb: 38 nəfər ölüb

DÜNYA

23 Sentyabr 2024 | 12:57 | Müəllif: Əli Hüseynov

İranda kömür mədəni partlayıb: 38 nəfər ölüb

İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayının 38-ə yüksəldiyi bildirilib.

Bakıvaxtı.az bu barədə İRNA-ya istinadla xəbər verir.

İran dövlət televiziyasına müsahibə verən Cənubi Xorasan valisi Cavad Kanaat dünən gecə Tebes rayonundakı Madencu Kömür Mədənində baş verən qəza ilə bağlı son məlumatı paylaşıb.

Bildirilib ki, ölənlərin sayı 38-ə çatıb. Mədəndə qalan 14 nəfərin axtarış-xilasetmə işləri davam edir.

İran rəsmisi qeyd edib ki, mədəndəki qaz axtarış-xilasetmə işlərinə mənfi təsir edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026